Afrika Kuboku finalında qalmaqal | VİDEO

   Afrika Kuboku finalında qalmaqal  | VİDEO
  19 Yanvar 2026    Oxunub:877
Futbol üzrə Afrika Millətlər Kuboku turnirinin final matçı inanılmaz dərəcədə gərgin və intensivliyi ilə nadir hadisə kimi tarixə düşüb.
AzVision.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən finalda Mərakeş və Seneqal milliləri üz-üzə gəlib. Əsas vaxtda qeydə alınan 0-0 hesabı matçın daha 30 dəqiqə (ekstrataym) artırılacağından xəbər verirdi.

Lakin əsas vaxta əlavə olunmuş əlavə dəqiqələrin əvəvlində Seneqal komandası qol vursa da, konqolu hakim Jan-Jak Ndala Nqambo çox qayda pozuntusu olduğu barədə çox şübhəli qərar əsasında bu qolu saymayıb.

Oyunun əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə isə hakim yenə də mübahisəli vəziyyətdə qonaqların qapısına penalti təyin edib. Bu zaman finalın nəticəsinə təsir edəcək iki qərardan narazı qalan Seneqal millisinin baş məşqçisi Pap Tiav komandasını meydandan çıxarmaq qərarına gəlib. Bununla da inanılmaz qalmaqal yaşanıb.


Bir müddət sonra seneqallılar nəhayət oyunu davam etdriməyə razılaşıblar. Komandanın lideri Sadio Mane komanda yoldaşlarını matçı başa vurmağa inandırmaqda əsas rol oynayıb.

İspaniyanın “Real Madrid” komandasının mərakeşli futbolçusu Braim Diasın vurduğu penaltini Eduard Mendi dəf edib. Bununla da əsas vaxt bütün eksseslərə baxmayaraq, 0:0 hesabı ilə başa çatıb.


Ekstrataymım 4-cü dəqiqəsində isə Pap Geyenin güclü zərbəsi Seneqal komandasını oyunda irəli çıxarıb ki, bu da qələbə qolu olub. Beləliklə Seneqalın futbol üzrə milli yığması tarixində ikinci dəfə qitənin ən güclü komandası titulunu qazanıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Afrika   Kubok   futbol  



Xəbər lenti